Peer Reviewed • Open Access • Scientific Publishing eISSN 3023-5391

DOI: 10.46868/atdd.221

Mustafa Əfəndi əl-Malaxinin həyatı, yaradıcılığı və bədii irsi

Tigin Journal of Analytical Social Sciences

Abstract

Məlumdur ki, XIX əsrdə Azərbaycanın şimal-qərb bölgəsində insanların ictimai həyatında İslam dininin böyük rol oynamış, xüsusilə də Nəqşibəndiyyə təriqətinə mənsub din xadimləri və elm adamları bu bölgədə elm və tədris fəaliyyəti ilə məşğul olmuşlar. Belə şəxsiyyətlərdən biri də Qax rayonunun Aşağı Malax kəndində yaşamış Mustafa Əfəndi əl-Malaxidir. Onun qəbirüstü abidəsindəki məlumatlar da kimliyinə və həyatına qismən işıq tutur. Belə ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış olan əl-Malaxi Nəqşibəndiyyə təriqətinin müridi kimi öz əhatə dairəsində təlim və irşad fəaliyyəti ilə məşğul olmuşdur.
Bölgədəki bir çox mədrəsələrdə təhsil alan əl-Malaxi yaşadığı ərazidə təlim-tərbiyə prosesində, eləcə də ictimai işlərdə mühüm rol oynamışdır. Eyni zamanda əlyazma kitabların köçürülməsində də səyləri olan əl-Malaxinin kitabxanasının bir hissəsi günümüzə qədər gəlib çıxmışdır. Həmin kitablar ilahiyyat, ədəbiyyat, fəlsəfə və s. elmlərə aiddir və əksəriyyəti ərəb dilindədir. Eyni zamanda məlum olur ki, əl-Malaxi xəttatlıq/katiblik fəaliyyəti ilə də məşğul olmuşdur. Digər tərəfdən bu məqalə XIX əsrin sonlarında şimal-qərb bölgəsi ilə hazırki Türkiyə respublikası arasında mövcud olmuş elmi və ictimai əlaqələrin hansı səviyyədə olduğuna da işıq tutur.

Authors

?l?ddin SULTANOV

Keywords

Az?rbaycan, ?l-Malaxi, ziyar?tgah, Qax, ?lyazma, x?ttatlıq

Publication Information

Volume
9
Issue
1
Year
2022
Language
Turkish
Status
Published
Views
0
Downloads
0
DOI
10.46868/atdd.221

Files

Download PDF

Citation and Indexing Information

This information is prepared for academic indexes, citation managers, and social sharing tools.

PDF URL: https://tigindergisi.com.tr/public/galley-download.php?id=403

X Facebook LinkedIn WhatsApp Email